Daha çox sifariş, daha az gündəlik iş

Satan sayt və online mağaza, Google-da tapılmaq üçün SEO, təkrarlanan iş üçün AI avtomatlaşdırma.

Xidməti seçin, onunla etdiyimiz işi görün.

Al Mənzil daşınmaz əmlak platformasının ana səhifəsi
Veb sayt hazırlanmasıAl MənzilEv axtarışı xəritə, video və AI ilə
Veb sayt hazırlanması

Bizə güvənən şirkətlər

  • King Travel
  • Barkod Electronics
  • Bakstone Construction
  • Al Mənzil
  • Jamal Kids
  • AMP Consulting

Xidmətlər

Hansı problem sizə tanışdır?

Hər problemin yanında onu həll edən xidmət var. Özünüzünkünü seçin.

İşlərimiz

Hazırladığımız işlər

Bütün işlər

Necə işləyirik

Üç addım, hər addımda nə alacağınızı bilirsiniz

  1. 1

    Danışırıq

    Biznesinizi və harada müştəri itirdiyinizi dinləyirik. Lazım olmayan işi təklif etmirik.

  2. 2

    Yazılı plan və qiymət

    Nə hazırlanacağını, müddəti və qiyməti yazılı alırsınız. Sürpriz olmur.

  3. 3

    Sistem işləyir, siz satırsınız

    Hər mərhələni sizə göstəririk. İşə düşəndən sonra da yanınızdayıq.

Suallar

Tez-tez soruşulanlar

Cavabını tapmadınız? Bizə yazın

Veb sayt hazırlanması nə qədər vaxt aparır?

Müddət saytın həcmindən asılıdır. Birinci söhbətdən sonra dəqiq müddəti yazılı planda göstəririk.

Sayt hazırlanmasının qiyməti nə qədərdir?

Sayt 1 200 AZN-dən, online mağaza 3 000 AZN-dən, SEO isə ayda 400 AZN-dən başlayır. Dəqiq qiymət səhifələrin sayına, dillərə, dizayna və lazım olan imkanlara görə hesablanır, nə daxil olduğunu bənd-bənd yazırıq.

Sayt sifarişi necə verilir?

Bizə yazırsınız və biznesinizi, saytın məqsədini birlikdə danışırıq. Sonra nə hazırlanacağını, müddəti və qiyməti yazılı göndəririk, iş təsdiqdən sonra başlayır.

Online mağaza açmaq üçün nə lazımdır?

Məhsulların siyahısı, şəkilləri, qiymətləri və bankla onlayn ödəniş müqaviləsi. Mağazanı, kartla ödənişi, taksiti və çatdırılmanı biz qururuq, qiymət və stok 1C kimi proqramınızdan özü yenilənə bilər.

SEO xidmətinə nə daxildir?

SEO saytınızın müştərinin axtardığı sözlərlə Google-da və AI cavablarında görünməsi üçün görülən işdir. Xidmətə texniki audit, açar söz araşdırması, səhifələrin optimallaşdırılması və aylıq hesabat daxildir.

Çatbot biznesə necə kömək edir?

Çatbot saytda və WhatsApp-da müştəri suallarına gecə-gündüz dərhal cavab verir. Müştəri cavab gözləmədən rəqibə getmir, komandanız isə satışa vaxt ayırır.

CRM nədir və kiçik biznesə lazımdırmı?

CRM müştəri, sifariş və ödənişləri bir yerdə saxlayan proqramdır. Sifarişlər bir neçə yerə səpələnibsə, kiçik biznesə də fayda verir.

Saytı sonra özüm idarə edə bilərəm?

Bəli. Mətn, şəkil və qiyməti idarə panelindən özünüz dəyişirsiniz, proqramçı gözləmədən.

Bloq

Qərar verməzdən əvvəl oxuyun

Bütün yazılar

Bakıda sayt və proqram hazırlanması

Veb sayt hazırlanması: ziyarətçini müştəriyə çevirən sayt

Veb sayt hazırlanması yalnız gözəl dizayn deyil. Yaxşı sayt ziyarətçiyə ilk ekranda nə təklif etdiyinizi deyir, ona lazım olan məlumatı tez tapdırır və müraciət etməyi asanlaşdırır. NLab korporativ sayt, landing page, çoxdilli sayt və veb portal hazırlayır; hər birini telefona uyğun, sürətli və idarə paneli ilə təhvil veririk.

Sayt hazırlanmasına məqsəddən başlayırıq: sayt zəng gətirməlidir, sifariş qəbul etməlidir, yoxsa şirkəti tərəfdaşlara təqdim etməlidir? Struktur, mətnlər və dizayn bu məqsədə görə qurulur. Mövcud saytınız varsa, onu sıfırdan yığmadan yeniləmək də mümkündür.

Online mağaza hazırlanması və onlayn satış

Online mağaza hazırlanması kataloqla bitmir. Səbət, onlayn ödəniş və taksit, çatdırılma, sifarişlərin idarəsi və anbar bağlantısı bir sistem kimi işləməlidir. Qiymət və stok 1C kimi mövcud proqramınızdan gəlirsə, mağaza onları özü yeniləyir və əl ilə köçürmə ehtiyacı qalmır.

CRM sistemi və biznes proqramları ilə gündəlik işi azaltmaq

Sifarişlər WhatsApp-da, Excel-də və dəftərdə səpələnəndə müraciət itir, kimin nəyə cavabdeh olduğu görünmür. CRM sistemi müştəri, müraciət, sifariş və ödənişi bir ekrana yığır. Hazır CRM işinizə uyğundursa onu qururuq; uyğun deyilsə, iş prosesinizə görə fərdi proqram yazırıq və təkrarlanan addımları avtomatlaşdırırıq.

Mobil tətbiq hazırlanması

Daimi müştəriniz sifarişi, rezervasiyanı və bonusunu telefondan idarə edəndə sizə daha tez qayıdır. iOS və Android üçün mobil tətbiq hazırlayır, App Store və Google Play-də yerləşdirməni də öz üzərimizə götürürük. Tətbiqin həqiqətən lazım olub-olmadığını da birinci söhbətdə dürüst deyirik.

SEO xidməti: Google-da və süni intellekt cavablarında görünmək

Xidmətinizi axtaran adam sizi tapmırsa, rəqibinizi tapır. SEO xidmətinə texniki audit, açar söz araşdırması, səhifələrin optimallaşdırılması, yerli SEO və Google Business Profile daxildir. Saytı ChatGPT, Gemini və Google AI cavablarının istinad edə biləcəyi formada da hazırlayırıq.

AI çatbot və avtomatlaşdırma: heç bir müştəri cavabsız qalmasın

Müştəri axşam yazıb səhər cavab alanda çox vaxt artıq başqasından alıb olur. AI çatbot WhatsApp-da, Instagram-da, Telegram-da və saytda gecə-gündüz dərhal cavab verir, sifariş və müraciəti qəbul edib komandaya ötürür. Çətin sualı canlı menecerə verir, təkrarlanan işi isə proqram görür.

Sayt hazırlanmasının qiyməti

Bakıda NLab-da veb sayt hazırlanması 1 200 AZN-dən, online mağaza 3 000 AZN-dən, SEO xidməti ayda 400 AZN-dən başlayır. Dəqiq qiyməti səhifələrin və dillərin sayı, dizaynın fərdi olması, idarə panelinin imkanları və inteqrasiyalar müəyyən edir. Birinci söhbətdən sonra nəyin hazırlanacağını, müddəti və qiyməti bənd-bənd yazılı göndəririk.

Əlaqə

İşinizi birlikdə sadələşdirək

  • Müştəri saytda nə satdığınızı anlayır və yazır.
  • Bütün sifarişlər bir ekranda görünür.
  • Təkrarlanan işi proqram görür, siz isə müştəriylə məşğul olursunuz.

Və ya birbaşa: +994 10 712 32 14 · WhatsApp · info@nlab.az

Gözlədiyiniz hər ay saytdan çıxıb gedən və cavabsız qalan müştəri deməkdir.

NLab maskotu əl yelləyir

Layihəni müzakirə edək

Nə lazımdır?

Göndər düyməsini sıxmaqla Məxfilik siyasəti ilə tanış olduğunuzu təsdiqləyirsiniz.