Məxfilik siyasəti
Biz kimik
Bu sayt NLab tərəfindən idarə olunur. Əlaqə: info@nlab.az, +994 10 712 32 14, Bakı, Azərbaycan.
Hansı məlumatı toplayırıq
Müraciət formasını doldurduqda: adınız, telefon nömrəniz, istəsəniz e-poçtunuz, mesajınız və seçdiyiniz xidmət. Bundan əlavə, formanı göndərdiyiniz saytın dili, IP ünvanınız və brauzerinizin texniki məlumatı avtomatik qeyd olunur. Bizə WhatsApp, telefon və ya e-poçtla yazdıqda, göndərdiyiniz məlumatı alırıq.
Nə üçün istifadə edirik
Müraciətinizə cavab vermək, sizinlə əlaqə saxlamaq, layihəniz üçün plan və qiymət hazırlamaq üçün. IP ünvanı və brauzer məlumatı formanı spamdan və sui-istifadədən qorumaq üçün istifadə olunur. Məlumatınızı reklam üçün satmırıq və başqalarına vermirik.
Hüquqi əsas
Formanı göndərməklə bu məqsədlər üçün razılıq verirsiniz, həmçinin müraciətiniz müqavilədən əvvəlki addımdır.
Harada və nə qədər saxlanır
Məlumat NLab-ın öz sistemində saxlanılır və ona yalnız müraciətlərlə işləyən NLab əməkdaşları baxa bilir. Müraciətlər siz silinməsini istəyənə qədər saxlanılır. Bunu istədiyiniz vaxt tələb edə bilərsiniz. Əməkdaşlığa başladığımız müştərilərin məlumatı müqavilə müddətində saxlanılır.
Cookie-lər
Sayt iki növ cookie istifadə edir. Zəruri cookie-lər saytın işləməsi üçündür: seçdiyiniz dili və cookie seçiminizi yadda saxlayır, onlar üçün razılıq tələb olunmur. Analitika və reklam cookie-ləri (Google Analytics və Meta Pixel) yalnız siz cookie bildirişində razılıq verdikdən sonra işə düşür. Seçiminizi istədiyiniz vaxt saytın aşağısındakı «Cookie ayarları» keçidindən dəyişə bilərsiniz.
Azərbaycandan daxil olan ziyarətçilər üçün isə sayt ziyarətləri və müraciətləri ölçmək məqsədilə analitika və reklam cookie-lərini bildirişsiz işə salır. Buna etiraz etmək üçün saytın aşağısındakı «Cookie ayarları» keçidini açıb «İmtina edirəm» seçə bilərsiniz.
Kənar xidmətlər
WhatsApp düyməsini sıxdıqda yazışma Meta-nın WhatsApp xidmətində gedir və onun qaydaları tətbiq olunur.
Hüquqlarınız
Haqqınızda saxladığımız məlumatı öyrənmək, düzəltmək, silinməsini tələb etmək və razılığınızı geri götürmək hüququnuz var. Bunun üçün info@nlab.az ünvanına yazın, 24 saat ərzində cavab veririk. Bu siyasət Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» Qanununa əsaslanır. Yaşadığınız ölkənin qanunu sizə əlavə hüquqlar verə bilər.
Dəyişikliklər
Bu siyasət dəyişərsə, yeni mətni və tarixi bu səhifədə dərc edirik.