Hazırladığımız layihələr

Layihələrimizi necə hazırlayırıq

Hər layihə biznes məqsədindən başlayır

King Travel üçün məqsəd turları, otelləri, uçuşları və transferləri bir saytda satmaq idi; Barkod Electronics üçün mağazanın qiymət və stoku əl ilə yeniləmədən göstərməsi. Səyahət platforması, online mağaza və ya korporativ sayt — hər layihədə əvvəlcə saytın nəyi həll etməli olduğunu yazırıq, sonra dizayna keçirik.

Sürət, təhlükəsizlik və rahat idarə paneli

Hazırladığımız saytlar telefonda sürətli açılır, axtarış sistemləri üçün düzgün qurulur və mətn, şəkil, qiyməti dəyişmək üçün idarə paneli ilə təhvil verilir. Ödəniş və şəxsi məlumatla işləyən hissələrdə təhlükəsizlik baza tələbdir, əlavə xidmət deyil.

Mövcud sistemlərlə inteqrasiya

1C, bank ödənişi, taksit və digər xidmətlərlə bağlantı layihənin adi hissəsidir. Məlumat bir yerdə yaranır və sayta özü gəlir, ona görə eyni işi iki dəfə görmək lazım olmur.

Saytın yenilənməsi

Bakstone layihəsində olduğu kimi, hər dəfə sıfırdan başlamaq lazım deyil. Mövcud platformanı saxlayıb saytın görünüşünü və quruluşunu yeniləyə bilərik.

Layihənizi qısa yazın

Nə lazım olduğunu dəqiqləşdirib yazılı plan və qiymət göndərək.

Layihəni müzakirə et