SEO xidməti

SEO xidməti — xidmətinizi Google-da və ChatGPT kimi AI cavablarında axtaranların sizi tapması üçün saytınızı texniki və məzmun baxımından hazırlayırıq.

SEO işinə daxildir

  • Başlanğıc vəziyyətin ölçülməsi: Search Console və Analytics
  • Texniki SEO audit və düzəliş siyahısı
  • Açar söz araşdırması: insanlar xidmətinizi necə axtarır
  • Səhifə başlıqları, təsvirlər və mətnlərin uyğunlaşdırılması
  • Struktur data (schema)
  • Aylıq hesabat: nə edildi, nə dəyişdi

Tanış gəlir?

Bu xidmətlə gördüyümüz işlər

Bütün işlər

SEO nədir?

SEO (axtarış sistemləri üçün optimallaşdırma) saytın Google-da xidmətinizi axtaran insanlara görünməsi üçün görülən işdir: texniki xətaların düzəldilməsi, insanların həqiqətən axtardığı sözlərin tapılması, səhifə mətnlərinin və quruluşunun buna uyğunlaşdırılması.

Bu gün insanlar cavabı həm də ChatGPT, Gemini və Google-un AI cavablarında axtarır. Saytı bu cavabların mənbə göstərə biləcəyi formada hazırlamaq GEO adlanır.

SEO xidmətinə nələr daxildir

SEO audit

Saytın texniki yoxlanışı: indeksləmə, səhifə sürəti, dublikat səhifələr, yönləndirmələr, sayt xəritəsi və dil versiyaları. Nəticə prioritetlə sıralanmış düzəliş siyahısıdır.

Yerli SEO və Google Business Profile

Google Business Profile-ın qurulması və xəritədə görünmə: Bakıda və ya şəhərinizdə xidmətinizi axtaranlara ünvanınızın, saatlarınızın və rəylərinizin görünməsi.

E-commerce SEO

Online mağazalar üçün SEO: kateqoriya və məhsul səhifələrinin quruluşu, filtr səhifələri, məhsul struktur datası.

AI axtarışa hazırlıq (GEO)

Saytın ChatGPT, Gemini və Google AI cavablarında mənbə kimi göstərilməsi üçün hazırlığı: aydın cavablar, struktur data və AI axtarış robotlarına açıq giriş.

SEO xidmətinin qiyməti

NLab-da SEO xidməti ayda 400 AZN-dən başlayır. Qiyməti saytın ölçüsü, texniki vəziyyəti və hədəf açar sözlərin rəqabəti müəyyən edir. Audit ayrıca da sifariş edilə bilər.

  • Saytdakı səhifələrin sayı
  • Saytın texniki vəziyyəti
  • Hədəf açar sözlərin rəqabəti
  • Dillərin sayı
  • Mətn yazılmasının işə daxil olub-olmaması

SEO nə vaxt nəticə verir?

Texniki xətalar düzəldiləndən bir neçə həftə sonra ilk dəyişikliklər görünür. Davamlı trafik artımı adətən bir neçə ay çəkir və sahənizdəki rəqabətdən asılıdır. Hər ay hesabatda nəyin dəyişdiyini görürsünüz.

SEO necə aparılır

  1. Başlanğıc vəziyyət

    Saytın indiki görünürlüyünü və trafikini ölçürük ki, nəticəni sonra müqayisə edək.

  2. Texniki audit

    Saytın Google-a necə göründüyünü yoxlayır, düzəlişləri prioritetlə yazırıq.

  3. Açar sözlər və strategiya

    Hansı sözlərlə və hansı səhifələrlə görünəcəyinizi müəyyən edirik.

  4. İcra

    Texniki düzəlişlər, səhifə mətnləri və struktur data tətbiq olunur.

  5. Ölçmə və hesabat

    Hər ay nəyin edildiyini və nəyin dəyişdiyini göstəririk.

SEO xidməti haqqında suallar

SEO xidməti nədir?

Saytın Google-da xidmətinizi axtaranlara görünməsi üçün görülən texniki və məzmun işidir: audit, açar söz araşdırması, səhifələrin optimallaşdırılması və nəticənin ölçülməsi.

SEO kimlərə lazımdır?

Müştərisi xidmətini və ya məhsulunu Google-da axtaran hər şirkətə. Reklam dayananda trafik də dayanır; SEO ilə gələn ziyarətçi isə hər klik üçün ödəniş tələb etmir.

Google-da birinci yerə zəmanət verirsiniz?

Xeyr. Sıralamanı Google müəyyən edir və heç kim ona zəmanət verə bilməz. Biz görülən işi və nəticəni hər ay ölçərək göstəririk.

SEO ilə GEO-nun fərqi nədir?

SEO saytın Google axtarış nəticələrində görünməsi üçündür. GEO isə saytın ChatGPT, Gemini və Google AI cavablarında mənbə kimi göstərilməsi üçündür.

Saytımızı başqa şirkət hazırlayıb, problem deyil?

Problem deyil. Auditi istənilən saytda aparırıq; texniki düzəlişləri saytı hazırlayan komanda və ya biz tətbiq edə bilərik.

SEO xidmətinin qiyməti nə qədərdir?

Ayda 400 AZN-dən başlayır. Dəqiq qiymət saytın ölçüsünə və rəqabətə görə müəyyən edilir.

SEO nə vaxt nəticə verir?

İlk dəyişikliklər bir neçə həftəyə, davamlı artım bir neçə aya görünür.

İşinizi birlikdə sadələşdirək

  • Müştəri saytda nə satdığınızı anlayır və yazır.
  • Bütün sifarişlər bir ekranda görünür.
  • Təkrarlanan işi proqram görür, siz isə müştəriylə məşğul olursunuz.

Və ya birbaşa: +994 10 712 32 14 · WhatsApp · info@nlab.az

Gözlədiyiniz hər ay saytdan çıxıb gedən və cavabsız qalan müştəri deməkdir.

Layihəni müzakirə edək

Nə lazımdır?

Göndər düyməsini sıxmaqla Məxfilik siyasəti ilə tanış olduğunuzu təsdiqləyirsiniz.