Online mağaza

Online mağaza necə açılır? Addım-addım bələdçi

Online mağaza necə açılır? Addım-addım bələdçi

Online mağaza necə açılır? Qısa yol

Online mağaza müştərinin məhsulu seçib, səbətə atıb, sifarişi və ödənişi internetdən etdiyi saytdır. Onu açmaq üçün beş addım lazımdır:

  1. Nə satacağınızı, qiymətləri və çatdırılma şərtlərini müəyyən edin
  2. Harada satacağınızı seçin: öz saytınız, sosial şəbəkə, marketpleys və ya hamısı
  3. Məhsul şəkillərini və təsvirlərini hazırlayın
  4. Online ödənişi və çatdırılmanı qoşun
  5. Mağazanı Google-da və reklamda görünən edin

Öz saytınız, Instagram, yoxsa marketpleys?

Instagram və WhatsApp

Başlamaq üçün ən asan yoldur, amma hər sifariş yazışma ilə qəbul olunur: qiymət, ölçü, ünvan, ödəniş. Sifariş artdıqca menecer yalnız mesajlara cavab verməklə məşğul olur, Google-dan isə müştəri gəlmir.

Marketpleys

Hazır alıcı axını var, amma hər satışdan komissiya tutulur, qaydaları platforma müəyyən edir və müştəri sizin yox, platformanın müştərisi olur.

Öz online mağazanız

Müştəri bazası, qiymət və dizayn sizindir, komissiya yoxdur. Müqabilində trafiki özünüz gətirməlisiniz: Google, reklam, sosial şəbəkələr.

Çox vaxt ən yaxşı yol birləşmədir: öz mağazanız əsas satış yeri, sosial şəbəkə və marketpleys isə əlavə kanaldır.

Başlamazdan əvvəl nə hazırlamaq lazımdır?

  • Məhsul siyahısı: ad, qiymət, ölçü və ya rəng variantları, anbar qalığı
  • Hər məhsul üçün aydın şəkillər, mümkünsə bir neçə bucaqdan
  • Öz sözlərinizlə yazılmış təsvir: təchizatçının mətnini köçürməyin
  • Çatdırılma şərtləri: hansı şəhərlərə, neçə günə, neçəyə
  • Qaytarma və dəyişdirmə qaydası
  • Online ödəniş üçün bankla müqavilə: bank adətən sahibkarlıq qeydiyyatı tələb edir

Online ödəniş necə qoşulur?

Kartla ödəniş üçün bankın virtual POS xidməti və ya ödəniş provayderi ilə müqavilə bağlanır. Sonra ödəniş səhifəsi mağazaya qoşulur və müştəri kart məlumatını bankın təhlükəsiz səhifəsində daxil edir; mağaza bu məlumatı saxlamır.

Kart ödənişi ilə yanaşı qapıda nağd və ya kartla ödəniş saxlamaq yeni mağazaya güvəni artırır. Bank komissiyası müqavilədə yazılır, onu qiymət hesablayanda nəzərə alın.

Çatdırılma və sifarişləri necə idarə etmək?

  • Hər sifarişin statusu olsun: qəbul edildi, hazırlanır, yoldadır, çatdırıldı
  • Müştəri sifariş və status barədə bildiriş alsın: SMS, e-poçt və ya WhatsApp
  • Anbar qalığı satışdan sonra avtomatik azalsın, olmayan məhsul satılmasın
  • Sifarişlər bir yerə, istəsəniz CRM sisteminə düşsün

Kuryer və ya poçt xidməti seçəndə çatdırılma qiymətini və müddətini saytda əvvəlcədən göstərin. Səbətdə gözlənilməz xərc görən müştəri alışı yarımçıq qoyur.

Online mağazanı Google-da necə tapdırmaq olar?

  • Hər kateqoriyanın öz səhifəsi və müştərinin axtardığı sözlə başlığı olsun
  • Məhsul təsvirləri unikal olsun, digər saytlarla eyni olmasın
  • Şəkillər sürətli açılsın, sayt telefonda rahat işləsin
  • Məhsul səhifələrində qiymət və mövcudluq Google-un oxuya biləcəyi formada göstərilsin

SEO-nun nəticəsi zaman tələb edir, ona görə ilk satışları çox vaxt reklam gətirir, Google-dan gələn müştəri isə sonradan artır.

Online mağaza açanda ən çox edilən səhvlər

  • Bütün məhsulları birdən yükləmək üçün aylarla gözləmək: ən çox satılan məhsullarla başlayın
  • Çatdırılma qiymətini yalnız səbətdə göstərmək
  • Telefonda yoxlamamaq: alıcıların çoxu telefondan sifariş edir
  • Qeydiyyatı məcburi etmək: qonaq kimi sifariş imkanı olsun
  • Mağazanı açıb trafik planı qurmamaq

Tez-tez verilən suallar

Online mağaza açmaq neçəyə başa gəlir?

Məhsul sayından, ödəniş və çatdırılma inteqrasiyalarından asılıdır. NLab-da onlayn ödənişli online mağaza 3 000 AZN-dən başlayır. Qiymətə nəyin təsir etdiyini sayt qiyməti haqqında yazımızda izah etmişik.

Instagram-da satıram, mağaza saytı lazımdırmı?

Sifarişlər artıb və yazışmalar vaxt aparırsa, bəli. Mağaza sifarişi, ödənişi və ünvanı müştəridən yazışmasız alır, Google-da axtaran yeni müştəriyə də görünür.

Hazır platforma, yoxsa fərdi mağaza?

Hazır platformalar tez açılır, amma aylıq ödəniş tələb edir və imkanları platformanın icazə verdiyi qədərdir. Fərdi mağaza yerli bank, çatdırılma və 1C ilə inteqrasiyada daha sərbəstdir.

Neçə məhsulla başlamaq olar?

Az məhsulla da başlamaq olar. Əsas odur ki, hər məhsulun yaxşı şəkli, təsviri və aydın qiyməti olsun; kataloq sonradan böyüyür.

Mağazanı özüm idarə edə biləcəyəmmi?

Bəli, idarəetmə panelindən məhsul, qiymət, qalıq və sifarişləri özünüz dəyişirsiniz. Bunun üçün proqramçı olmaq lazım deyil.

Mağaza açılan kimi satış başlayacaqmı?

Satış mağazaya gələn alıcı sayından asılıdır. Açılışla birlikdə reklam, sosial şəbəkə və SEO planı hazır olsa, ilk sifarişlər tez gəlir.

Online mağaza açmaq istəyirsiniz? Bizə yazın, 24 saat ərzində cavab veririk.

Bu mövzuda xidmətimiz

  1. Online mağaza hazırlanması

    Kataloq, səbət, onlayn ödəniş və taksit, sifarişlərin idarəsi bir sistemdə. Lazım olsa qiymət və stok 1C kimi anbar sistemindən özü yenilənir.

    Online mağaza hazırlanması haqqında
Bütün yazılar

Layihənizi qısa yazın

Nə lazım olduğunu dəqiqləşdirib yazılı plan və qiymət göndərək.

Layihəni müzakirə et